Azərbaycanda koronavirus infeksiyasına daha 58 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40,119 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 590 nəfərə çatıb.
Virusa yoluxmuş 37 min 827 nəfər (sutka ərzində +102) müalicə olunaraq sağalıb.
“1 min 702 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,496 min, hazırkı dövrədək isə 1 milyon 110,279 min test aparılıb.**
X.Nəsirzadə