Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində daba bir dinc sakinin həlak olduğu barədə mnəlumat verib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 12 nəfər şəxs isə həlak olub”, - Baş Prokurorluqdan “İnterfaks-Azərbaycan”a məlumat verilir.
Öncə 11 nəfərin həlak olması, 33 dinc sakinin yaralanması barədə məlumat verilib.
“Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə