Türkiyə hökuməti təsdiq edib ki, ölkənin Hərbi Hava Qüvvələri tərəfindən Ermənistana məxsus hərbi təyyarə vurulmayıb. Bu barədə Bloomberg agentliyi məlumat verir.
Qeyd olunur ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bu barədə bəyan edib.
Öncə çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyi məlumat verib ki, Ermənistan Hərbi Hava Qüvvələrinin Su-25 təyyarəsi Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. **