Azərbaycan prezidenti İlham Əliyev Qarabağda Azərbaycan tərəfində döyüşlərdə Suriyadan döyüşçülərin iştirakını təkzib edib
“Xeyr”, - deyə Əliyev “Rossiya-1” telekanalının efirində müvafiq suala cavabında bildirib.
“Bu, növbəti feyk xəbərdir, Suriyadan heç bir döyüşçü yoxdur. Heç bir sübut, heç bir dəlil yoxdur, bu, Ermənistan tərəfindən təbliğ olunur və müxtəlif saytlarda yayılır”, - o qeyd edib.
Əliyev əlavə edib ki, Azərbaycanın hazrlıqlı Ordusu var, çox böyük səfərbər edilmiş ehtiyata malikdir.
“Dünən mən qismən səfərbərlik elan etdim, on minlərlə ehtiyatda olan zabiti hərbi qulluğa çağırırıq. Ermənistanın 2 milyon əhalisinə qarşı 10 milyon əhali ilə bizim kənardan insan ehtiyatına ehtiyacımız yoxdur. Buna görə biz özümüz təcavüzkarı elə cəzalandırmağa qadirik ki, o bir daha biz tərəfə baxmağı tərgidəcək”, - Azərbaycan prezidenti vurğulayıb. **
A.Əzizov