Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların məzmunu və formatına sadiqdir.
“Bilirsiziniz, Azərbaycan hər zaman danışıqlar prosesində konstruktivlik nümayiş etdirib. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu təsdiq edə bilərlər. Həmçinin, son iki il ərzində mən və digər rəsmi şəxslər səviyyəsində dədəfələrlə bəyan etmişik ki, illərlə hazırlanmış və Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün təməl təşkil edən həllə sadiqik”, - Əliyev “Rossiya-1” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, danışıqlar formatına sadiqdir. “Danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Münaqişənin bütün tərəfləri yoxdur, bu düzgün traktovka deyil, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan”, - Azərbaycan lideri qeyd edib.
Lakin, Azərbaycan liderinin sözlərinə görə, Ermənistanın baş naziri açıq şəkildə bəyan edir ki, “Qarabağ – Ermənistandır”. “Bu halda, hansı danışıqlar prosesindən söhbət gedə bilər? Axı ATƏT-in Minsk qrupunun tərtib etdiyi prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ müxtar vilayəıti ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Əgər Paşinyan deyil ki, Qarabağ – Ermənistandır və əlavə edir ki, biz (Azərbaycan - İF) marionet rejim ilə danışıqlar aparmalıyıq, bununla da 20 ildir mövcud olan danışıqların formatını sındırmağa çalışır. Ermənistan danışıqlar prosesini qəsdən pozur, qəbuledilməz tələblər irəli sürür. Minsk qrupu münaqişənin həlli üçün kimin əngəl olduğunu fəal şəkildə deməyə başlayanda isə Ermənistan tərəfi sentyabrın 27-də bu cür təxribatlar törədir. Bundan əvvəl isə dövlət sərhədində bizim mövqelərimizə hücum olub, bundan sonra avqustun 23-də Ermənistanın diversiya qrupu ələ keçirilib”, - Əliyev qeyd edib.
Onun rəyinə görə, Ermənistanın bütün bu hərəkətləri danışıqlar prosesinin pozulmasına yönəlib ki, sonradan Azərbaycanı ittiham etsinlər, daha sonra üçüncü tərəfləri cəlb etsinlər, bununla da status-kvonu saxalasınlar. “Rusiya, ABŞ və Fransa liderlərinin simasında ATƏT-in Minsk qrupunun həmsədrləri isə dəfələrlə status-kvonun qəbuledilməz olduğu barədə bəyan ediblər. Bu deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən isə tam əksinə hərəkətlər görürük”, - Azərbaycan prezidenti vurğulayıb. **
A.Əzizov