Moskva hesab edir ki, Dağlıq Qarabağda böhran gərginləşib və bütün bunların müharibəyə gətirib çıxarmayacağına ümidvardır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Müharibə, bəlkə də hələ başlamayıb, biz böhranın artmasından və ya qızğın fazadan danışırıq. Ancaq yenə də ümid edək ki, dedikləriniz olmayacaq", - deyə Zaxarova “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.
O qeyd edib ki, Moskvada "münaqişənin qızışdırılmasına yönəlmiş aqressiv ritorika eşidilir".
"Ölkəmiz, Rusiya rəhbərliyi bu vəziyyəti normallaşdırmağa çalışır", - deyə Zaxarova vurğulayıb.*