Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon ilə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin müzakirəsini davam etdiriblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Vladimir Putin davam edən döyüş əməliyyatları ilə bağlı ciddi narahatlıq ifadə edib. Qarşıdurma tərəfləri arasında atəşin dayandırılması və böhranın deeskalasiyası məqsədilə tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət yönəldilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. **