Çərşənbə axşasmı ATƏT-in Daimi Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gerginləşməsi ilə bağlı xüsusi iclas keçirib. Bu barədə təşkilatdan məlumat verilir.
Görüşdə ATƏT-in 57 üzv ölkəsinin nümayəndələri iştirak edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik qeyd edib ki, bilavasitə yerlərdən və ən yüksək səviyyədə məlumat alır.
“O qeyd edib ki, onun komandası şərait imkan verən kimi, yerlərdə müşahidəni bərpa etməyə hazırdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın nümayəndələri həmsədrlərin döyüş əməliyyatlarını dərhal dayandırmaq və münaqişənin davamlı həllinin axtarışı üçün danışıqları bərpa etməyə dair çağırışı təkrar ediblər”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov