ABŞ-ın ATƏT-dəki missiyası bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinə xaricdən müdaxilə regionda gərginliyi yalnız artıracaq və tərəfləri hərbi əməliyyatlara son qoyaraq danışıqlar masası ətrafına qayıtmağa çağırıb.
“Biz hərbi əməliyyatlara dərhal son qoymağa və tezliklə və ilkin şərtsiz danışıqlar masası ətrafına qayıtmağa çağırırıq”, - ABŞ-ın ATƏT yanındakı daimi nümayəndəsi Ceyms Gilmorun bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Vaşinqton əmindir ki, “təcavüzün eskalasiyasında istənilən xarici tərəfin iştirakı regional gərginliyi yalnız artıracaq”. **