Müdafiə Nazirliyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.
“Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilib”, - məlumatda qeyd olunur. **