Rusiyanın hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Rusiyanın hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Konkret vəziyyətlərdə bazanın potensialından istifadə edilməlidir", - deyə o, bu gün Yerevanda rusiyalı jurnalistlərlə görüşündə bildirib.
Paşinyanın sözlərinə görə, Qarabağ münaqişəsi zonasında genişmiqyaslı müharibənin bu mərhələsində "potensialdan istifadə zərurəti yaranmayıb".
"Ancaq vəziyyətimiz gözlənilməzdir və heç kim hadisələrin gələcək inkişafı ilə bağlı dəqiq proqnoz verə bilməz", - deyə o qeyd edib.*