Fransa prezidenti Emmanuel Makron bildirib ki, Dağlıq Qarabağdakı vəziyyəti Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
“Bu gün axşam Putinlə, sabah isə Trampla bu məsələ ilə bağlı telefon danışığım olacaq”, – deyə o, bu gün mətbuat konfransında bildirib.
"Bu, fikir mübadiləsi aparmağa və problemin həlli ilə bağlı təkliflər irəli sürməyə imkan verəcək", - deyə Makron qeyd edib.
Fransa lideri xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna Fransa, ABŞ və Rusiya rəhbərlik edir. Bu ölkələr gərginliyin artdığı "ilk saatlardan" təmasda olublar.
Makron əlavə edib ki, yaxın vaxtlarda Dağlıq Qarabağdakı vəziyyəti avropalı tərəfdaşlarla da müzakirə edəcək.*