Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı hər vasitə ilə dəstəkləməyə hazır olduğuna dair bəyanatları təhlükəlidir, çünki Bakını hərəkətə keçməyə sövq edir. Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Türkiyənin siyasi bəyanatlarına diqqət yetirdim. Bunlar düşünülməmiş və təhlükəli bəyanatlardır”, - deyə o, Latviyada keçirilən mətbuat konfransında bildirib.
"Türkiyənin son saatlarda verdiyi bəyanatlar məni narahat edir. Əslində bu cür bəyanatlar Azərbaycanı hərəkətə keçməyə sövq edir”, – deyə Makron əlavə edib.*