Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatlardan çəkinməyə və mülki vətəndaşların hüquqlarına riayət olunmasının vacibliyini unutmamağa çağırıb.
"Məhkəmə Azərbaycanı və Ermənistanı Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş mülki şəxslərin hüquqlarını pozacaq hər hansı addımlardan, xüsusilə hərbi əməliyyatlardan çəkinməyə çağırır", – deyə məhkəmənin məlumatında bildirilir.
AİHM mülki şəxslərin həyatı və ya sağlamlığı üçün riskli vəziyyətlərin yolverilməz olduğunu xatırladır.
"Məhkəmə, həmçinin tərəflərdən öhdəliklərini yerinə yetirməyə yönəlmiş tədbirlər barədə tez bir zamanda məlumat vermələrini xahiş edib", - deyə sənəddə qeyd olunur.*