Rusiya hərbçiləri Dağlıq Qarabağdakı döyüş bölgəsində vəziyyəti izləyir və siyasətçilərin münaqişə ilə bağlı bütün bəyanatlarını qeydə alır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O, Türkiyə hərbçilərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı Ermənistan tərəfinin açıqlamalarını belə şərh edib.
"Hərbçilərimiz döyüş əməliyyatlarının davam etdiyi təmas xəttində vəziyyətin inkişafını çox diqqətlə izləyirlər", – deyə Peskov qeyd edib. O əlavə edib ki, "bütün məlumatlar əsaslı surətdə təhlil edilir".
"Biz, həmçinin beynəlxalq liderlərin verdikləri bütün bəyanatları da diqqətlə qeydə alırıq", – deyə mətbuat katibi bildirib.*