İran öz ərazisindən Ermənistana silah-sursat daşınmasına imkan verməyəcək. AZƏRTAC-ın məlumatına görə, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.
“İran ilə Azərbaycan qonşu, dost və qardaş dövlətlərdir. Buna görə də İran öz ərazisindən silah-sursat daşınmasına imkan verməz. İki dövlət arasındakı mehriban münasibətləri pozmağa çalışan qüvvələr var və buna görə də yalan xəbərlər yayıb ziddiyyət yaratmağa çalışırlar”, - deyə o bildirib.
Azərbaycan Ordusunun Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etmək istiqamətində əks-hücumuna toxunan İran rəsmisi nəzərə çatdırıb ki, rəsmi Tehran tərəflər arasında vasitəçilik edib sülhə nail olmağa hazırdır.*
X.Nəsirzadə