2020-ci ilin yanvar-avqust aylarında “Azexport.az” portalına ümumilikdə $429,4 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin avqust ayında ixrac sifarişlərinin dəyəri $54,9 milyon təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il sentyabrın 1-dək $2 milyard 14,2 milyon məbləğində ixrac sifarişləri daxil olub.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub və 2018-ci illə müqayisədə artım 15,9% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib.*
B.Rüstəmbəyov