Müdafiə Nazirliyi 27-30 sentyabr tarixlərində təmas xəttində döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin məhv edilən döyüş texnikasının siyahısını dərc edib
Xüsusilə, MN bildirir ki, hərbi əməliyyat nəticəsində düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Məlumata görə, 4 gün ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir: 200-dək tank və digər zirehli texnika; 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 30 ədəd hava hücumundan müdafiə vasitələri; 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 5 silah-sursat anbarı; 110-dan artıq avtomobil texnikası; 1 ədəd “S-300” zenit-raket kompleksi. **