Fransa tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
Söhbət zamanı RF və Fransa prezidentləri Qarabağda vəziyyətin gərginləşməsi və Belarusdakı vəziyyəti müzakirə ediblər.
“Dağlıq Qarabağda davam edən genişmiqyaslı hərbi əməliyyatlarla bağlı ciddi narahatlıq ifadə olunub. Prezidentlər qarşıdurma tərəflərini tezliklə atəşi tam dayandırmağa, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırıblar”, - məlumatda qeyd olunur.
“Bu mənada gələcək əlaqələrin, öncə ATƏT-in Minsk qrupunun formatında konkret parametrləri müzakirə olunub. Minsk qrupunun həmsədr dövlətlərinin liderləri adından silahlı qarşıdurmanın dərhal dayandırılması və danışıqlar prosesinin bərpasına dair bəyanatın verilməsinə hazırlıq ifadə olunub”, - məlumatda qeyd edilir. **