Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın 16 mülki şəxsi həlak olub, daha 55 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilib.
“Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir”, - məlumatda qeyd olunur.
Həmçinin, Ermənistan silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. **
N.Abbasova