“Kapital Bank” ASC-nin səhmdarları noyabrın 6-da keçiriləcək növbəti yığıncaqda dividendlərin ödənilməsi məsələsini müzakirə edəcəklər.
“Noyabrın 6-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda növbəti dividendlərin ödənilməsi ilə bağlı məsələlər müzakirə olunacaq”, - bankdan “İnterfaks-Azərbaycan”a məlumat verilib.
Bundan başqa, səhmdarlar bankın nizamnaməsinə dəyişiklikləredilməsi, səhmlərin könüllü delistinq olunması ilə əlaqədar məsələləri müzakirə edəcəklər.
Bankdan qeyd olunub ki, pandemiya olduğuna baxmayaraq, cari ilin may-sentyabr aylarına əsasən səhmdarlara ümumilikdə 112 milyon manat dividend ödəyib. Bu məbləğin 6 milyonu imtiyazlı səhmlərin üzərinə düşür.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%). Bankın nizamnamə kapitalı 245,8 milyon manata bərabərdir.**
Ə.Məmmədov