Ermənistan silahlı qüvvələrinin keçmiş yüksək rütbəli zabiti Azərbaycan xeyrinə casusluqda ittihamla həbs edilib. Bu barədə cümə axşamı Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat verir.
Məlumata görə, Ermənistan vətəndaşı Gürcüstanda Azərbaycan kəşfiyyatı tərəfindən ələ alınıb, silahlı qüvvələr barədə məlumatların toplanmasına dair konkret tapşırıqlar alıb.
İşin materiallarına əsasən, keçmiş hərbçi xüsusilə Ermənistan və Qarabağ silahlı qüvvələri barədə dövlət sirri olan məlumat toplayaraq respublikanın ərazi bütövlüyünə zərər vurmaq naminə xarici təşkilata təqdim edib.
Həmin şəxs həbs olunub, ona “dövlətə xəyanət” maddəsi ilə ittiham irəli sürülüb. **