Azərbaycan Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib. Bu barədə AMB-dən məlumat verilir.
“HazırdaAzərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASCvə“Melli İran Bankı”Bakı filialı AÖS-ə inteqrasiya olunmuşdur. AÖS üzrə xidmətlər“Azərbaycan Beynəlxalq Bankı” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Expressbank” ASCtərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərili», - məlumatda qeyd edilir.
AMB-dən bildirilir ki, AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmayacaq
Ani Ödənişlər Sisteminin real rejimdə istismara verilməsi ödəniş əməliyyatlarını 5-10 saniyə ərzində həyata keçrimək imkanı yaradır. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olub.
AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək.
“Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək”, - deyə məlumatda qeyd olunur. **
Ə.Məmmədov