2020-ci il sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 494,1 milyon təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,7% artıb.
Avqustda AMB-nin valyuta ehtiyatları 0,1% və ya $7,5 milyon artıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.**
Ə.Məmmədov