Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Vurğulanır ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
“Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”, - nazirlikdən bildirilib. **