İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat bazası proqram təminatları lisenziyalarının və dəstək xidmətlərinin satın alınması üzrəşirkət seçir. Bu barədə Agentlikdən məlumat verilir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri noyabrın 2-dək qəbul olunur. Tender proseduru noyabrın 3-də baş tutacaq.
2016-cı ilin fevral ayında prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.
Əsasnaməyə müvafiq olaraq dövlət agentliyinin fəaliyyət istiqaməti icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək; tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görməkdən ibarətdir.
Agentliyin vəzifələri aşağıdakılardır: icbari tibbi sığorta sahəsi üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının həyata kecirilməsində iştirak etmək; icbari tibbi sığorta proqramı çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək; icbari tibbi sığorta olunanlara icbari tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlamaq; icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq; sığortaolunanlara baza zərfi çərçivəsində göstərilən profilaktika, müalicə və reabilitasiya yardımının həcminin, müddətinin, keyfiyyətinin və qiymətinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət etmək; icbari tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana icbari tibbi sığorta şəhadətnaməsi vermək. **
Ə.Məmmədov