RF prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə iştirakçılarını Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağda vəziyyətə dair birgə bəyanatın hazırlanması barədə məlumatlandırıb. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistləırə bildirib.
“Müşavirədə Qarabağda təmas xəttində vəziyyətə xüsusi diqqət ayrılıb. Davam edən döyüşlərlə əlaqədar son dərəcə narahatlıq ifadə olunub”, - o əlavə edib.
“Vladimir Putin müşavirə iştirakçılarına məlumat verib ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağda vəziyyətə dair birgə bəyanatı hazırlanır”, - Peskov məlumat verib. **