Qurban Qurbanov baş məşqçisi olduğu “Qarabağ” futbol komandasının Avropa Liqasının pley-off oyununda Varşavanın "Legiya" komandası üzərində qazandığı qələbəni Azərbaycan əsgərlərinə və xalqına həsr edib.
"Komandamı təbrik edirəm və bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm", - deyə Qurbanov oyundan sonra bildirib.
“Qarabağ” futbol komandası "Legiya" komandasını 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, "Qarabağ" ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsinə vəsiqə qazanır.*
Ə.Məmmədov