Şəxsi heyət çatışmazlığı ilə üzləşən Ermənistan ordusu cəbhəyə göndərmək üçün qadın batalyonu yaradır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.
“Əldə olunan məlumatara əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir. Buna səbəb çoxlu sayda itkilərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir”, - deyə o bildirib.
V.Dərgahlının sözlərinə görə, Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir.*
R.Əhmədov