Rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Türkiyənin verdiyi dəstəyi, o cümlədən prezident Ərdoğanın dünənki bəyanatını çox yüksək qiymətləndiririk”, - deyə Hacıyev bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin bu məsələdəki birmənalı mövqeyini yüksək qiymətləndirir.
Hacıyev, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Pakistana da minnətdarlığını bildirib.
"Bundan əlavə, Macarıstan Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə ediblər", - deyə o əlavə edib.*