Azərbaycanda koronavirus infeksiyasına daha 144 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 453-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 594 nəfərə çatıb.
Virusa yoluxmuş 38 min 217 nəfər (sutka ərzində +149) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,248 min, hazırkı dövrədək isə 1 milyon 126 min 538 test aparılıb.*
B.Rüstəmbəyov