Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin müzakirəsi davam edib. Hər iki tərəf Yaxın Şərqdən qanunsuz silahlı birləşmələrin döyüşçülərinin hərbi əməliyyatlara cəlb olunması ilə bağlı daxil olan məlumatlardan ciddi narahatlıq ifadə edib", - deyə məlumatda bildirilir.
"Putin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (Rusiya, Fransa, ABŞ) prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq toqquşmaların dərhal dayandırılması və münaqişənin həlli istiqamətində siyasi-diplomatik səylərin bərpasının vacibliyini bir daha vurğulayıb", - deyə məlumatda qeyd olunur.*