Bu gün Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O`Brayenin görüşündə Dağlıq Qarabağda vəziyyət və digər aktual məsələlər müzakirə olunub. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin məlumat verib.
"Nüvə silahının yayılmaması və silahlara nəzarət, informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə sahəsində qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, Dağlıq Qarabağda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib", - deyə Anoşin bildirib.*