Mülki təyyarə ilə Rusiyaya gedən Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək Ermənistana gətirməyə çalışır.
Daha əvvəl M.Qriqoryanın səfərinin məqsədinin rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilmişdi.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M.Qriqoryan əslində başqa məqsədlə Rusiyaya gedib. O, mülki təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır.
APA-nın Rusiya bürosu bununla bağlı Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə sorğu ünvanlayıb.*
N.Abbasova