Daşkənd Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlikdən son dərəcə narahatdır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə tərəfdardır. Bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov “Region plus” jurnalına müsahibəsində deyib.
“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlik Özbəkistanda dərin narahatlığa səbəb olub. Qarşıdurma zamanı hərbi qüvvədən istifadə edilməsi hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb ola bilər”, - deyə o bildirib.
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında sülh yolu ilə həll edilməlidir”, - deyə səfir qeyd edib.
B.Əşrəfxanov əlavə edib ki, Özbəkistan MDB məkanında mübahisəli məsələlərin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə, qarşılıqlı etimad və mehriban qonşuluq şəraitində həllinin vacibliyini dəstəkləyir.*
N.Abbasova