Azərbaycan Silahlı Qüvvələri 6 gün davam edən döyüşlər ərzində Ermənistan silahlı qüvvələrinə məxsus 230 tank və digər döyüş texnikasını məhv ediblər.
“Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: 230-dək tank və digər zirehli texnika; 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 38 ədəd hava hücumundan müdafiə vasitələri; 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 7 silah-sursat anbarı; 130-dan artıq avtomobil texnikası; 1 ədəd “S-300” zenit-raket kompleksi”, - “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilir. **
B.Rüstəmbəyov