ABŞ-ın Heritage Foundation Beynəlxalq siyasi mərkəzinin rəhbəri Lyuk Koffi məlumat verib ki, Dağlıq Qarabağda 100-dək muzdlu döyüşçü, ehtimala görə Kürd Fəhlə Partiyasının (PKK) üzvü var.
“Hər iki tərəf bu faktı təkzib edir. Lakin münaqişə ilə yaxından tanış olan etibarlı mənbənin məlumatına görə, hazırda Xankəndində 100-dək əcnəbi döyüşçü (mənə deyilənə görə, çox ehtimal ki, PKK üzvləri) var. Bu döyüşçülərin cəbhədə olması – pis xəbərdir”, - Koffi Twitter-də yazıb. **