Şənbə gününə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Ağcabədi və Goranboy rayonlarını intensiv artilleriya atəşinə tutub. Bu barədə Müdafiə Nazirliyi məıumat verir.
“Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur.
“Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür”, - MN-dən qeyd olunur. **