Sentyabrın 29-dan Azərbaycan şirkətləri və vətəndaşlar Silahlı Qüvvələrə Yardım Fonduna fəal şəkildə ianə edirlər.
“İnterfaks-Azərbaycan”a təqdim olunan məlumata görə, 2020-ci il oktyabrın 1-nə Silahlı Qüvvələrə Yardım Fondunda 120 milyon 106,408 min manat (cari məzənnə ilə $70,65 milyondan çox), $218,681 min, 18,341 min avro və 5 min rubl vəsait yığılıb.
Beləliklə, oktyabrın əvvəlinə Fondda $71 milyona yaxın vəsait yığılıb
2020-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, Fondda $67 milyona yaxın vəsait olub.
Sentyabr ayı ərzində Fonda 6 milyon 691,593 min manat (cari məzənnə ilə $3 milyon 936,231 min) vəsait daxil olub, baxmayaraq ki, adətən hər ay Fondun vəsaiti təxminən $0,5 milyon artır.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**