Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili Suriyada hərbi əməliyyatlarda iştirak edən qanusuz silahlı qruplaşmaların Türkiyədən Gürcüstan ərazisi ilə Azərbaycan tərəfinə keçməsinə dair sosial şəbəkələrdə yayılan şayiələri yalan adlandırıb.
O birifinqdə bildirib ki, bu ür şayiələrin məqsədi regionda gərginlik yaratmaqdır.
“Qeyd etmək istərdim ki, bu məlumatın sübutu yoxdur, bu, Gürcüstanda və ümumilikdə regionda gərginlik yaratmağa yönələn yalandır”, - Liluaşvili bildirib. **