Azərbaycanın Baş prokuroru Kamran Əliyev şənbə günü keçirilən brifinqdə 1994-cü ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində həlak olan hərbi qulluqçu və vətəndaşların statistikasını təqdim edib.
“Atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən 398 Azərbaycan hərbçisi və 31 mülki şəxs öldürülüb”, - Əliyev bildirib.
Onun sözlərinə görə, atəşkəs imzalandıqdan indiyə qədər Azərbaycanın 1,038 min hərbçisi və 69 mülki şəxsi yaralanıb.
“Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”, - o vurğulayıb. **
X.Nəsirzadə