Azərbaycanda koronavirus infeksiyasına daha 108 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 561-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 595 nəfərə çatıb.
Virusa yoluxmuş 38 min 354 nəfər (sutka ərzində +137) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 612 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,789 min, hazırkı dövrədək isə 1 milyon 132 min 327 test aparılıb.**
X.Nəsirzadə