Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafında vəziyyət dünya liderləri və BMT ilə müzakirə olunur.
“Mən Fransa prezidenti, Almaniyanın kansleri, İran prezidenti, BMT-nin baş katibi, iki dəfə Rusiya prezidenti ilə danışmışam. Lakin, hesab edirəm ki, cari vəziyyəti və hadisələrin inkişafını müzakirə etmək üçün Fransa prezidenti və digər rəhbərlərlə daha çox telefon danışığı aparacağam”, - Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya və Ermənistan təhlükəsizlik sahəsində dərin əməkdaşlığa malikdir, həmçinin Rusiyanın Ermənistanda hərbi bazası var”, - Paşinyan Qarabağ mövzusu üzrə Rusiya ilə dialoqun vacibliyi barədə suala cavabında bildirib. **