Müdafiə Nazirliyi məlumat verib ki, şənbə günü bütün cəbhə boyu şiddətli döyüşlər davam edib.
Məlumata görə, sutka ərzində Madagiz-Ağdərə istiqamətində düşmənin 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Döyüşlər nəticəsində Azərbaycan hərbçiləri 8 yaşayış məntəqəsinin erməni işğalından azad olunduğu barədə məlumat veriblər.
“Düşmən şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var, döyüş mövqeyini tərk edərək qaçıb”, - nazirlikdən vurğulanır. **
A.Əzizov