Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər.
«Borel bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Aİ-nin gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini qeyd edib”, - XİN-dən məlumat verilir.
Öz növbəsində, Bayramov Ermənistanın son aylarda həyata keçirdiyi təxribatçı fəaliyyətin davamı olaraq, bütün cəbhə boyu Azərbaycana qarşı yeni təcavüzə əl atıb. Bu 19 nəfər dinc sakinin həlak olması, daha 63 nəfərin yaralanması ilə nəticələnib.
“Nazir, Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulduğunu qeyd edərək, bununla ciddi təxribata əl atan Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədini güddüyünü bildirib. Onun sözlərinə görə, bölgədə sülhün təmin olunması üçün ərazi bütövlüyünə hörmət olunmalı və Azərbaycanın ərazilərinin işğalına son qoyulmalıdır”, - XİN-in məlumatında qeyd edilir. **
A.Əzizov