Azərbaycan növbəti dəfə Ermənistan tərəfinə yaşayış məntəqələri atəşə tutmağı dayandırmağı və geri çəkilməyi üçün xəbərdarlıq edir. Bu barədə Müdafiə Nazirlyindən bəyan edilib.
“Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur”, - məlumatda qeyd olunur.
Bildirilir ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.
“Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir. Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək», - nazirlikdən qeyd olunub.
Həmçinin, MN qeyd edir ki, Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.
“Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür», - nazirliyin məlumatında vurğulanır. **
X.Nəsirzadə