Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarının mövqelərinə qarşı sərt adekvat tədbirlər görür. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür. Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir”, - məlumatda qeyd olunur.
Nazirliyin mətbuat xidməti müdafiə naziri Zakir Həsənovun sözlərindən sitat gətirərək qeyd edir ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması “açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”. **
X.Nəsirzadə