Azərbaycanın Gəncə şəhərinin raketlərdən atəşə tutulması sübut edir ki, Ermənistan rəhbərliyi sürətlə vəziyətə nəzarəti itirir, bu panika Azərbaycanın münaqişədən kənarda olan yaşayış məntəqələrini atəşə tutan erməni hərbçilərinə də keçir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi jurnalistlərə deyib.
“Biz dünən Ermənistanın baş naziri Nikol Paşinyanın öz xalqına isterik müraciəti gördük. Onun bəyanatları sübut edir ki, vəziyyətə nəzarəti sürətlə itirir və qeyri-adekvat hərəkətlər edir. Bu panika əhval-ruhiyyəsi bu gün Azərbaycanın Gəncə şəhərini raket və artilleriya atəşinə tutan qeyri-adekvat tədbirlərə əl atan ön cəbhədə olan erməni hərbçilərinə də keçir”, - Administrasiyanın nümayəndəsi qeyd edib
Nümayəndənin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bu əməlləri təbii olaraq Azərbaycan tərəfindən cavabsız qalmayacaq. Azərbaycan tərəfi cəza tədbirlərini davam etdirəcək, yaşayış məntəqələrimizi atəşə tutan düşmənin bütün atəş nöqtələri məhv ediləcək”, - o əlavə edib.
Öncə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdeyib ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. “Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombardman edilməsi təsadüfi xarakter daşımır, məqsədyönlü şəkildə həyata keçirilir”, - Hacıyev bildrib. **
A.Əzizov