Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı məlumatını təkzib edib.
“Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”, - nazirliyin bəyanatında vurğulanır.
Öncə Ermənistan tərəfi bazar günü Gəncə şəhərində hərbi aerodromun məhv edilməsi barədə məlumat verib. **
https://video.azertag.az/files/video/2020/3/16018003495050914592.mp4