Fövqəladə Hallar Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalan Gəncə şəhərində vətəndaşların həyatının xilas edilməsi üzrə müvafiq tədbirlərə başlayıb. Bu barədə FHN-dən məlumat verilir.
“Gəncə şəhərində əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda qeyd olunur.
FHN-dən məlumat verilir ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket atəşinə tutulub.
“Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə